XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2020 - 13:48

Prezident İlham Əliyev paradda:"Bu gün tarixi bir gündür"

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti iştirak edir və türk əsgər və zabitləri iştirak edir. Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”, – Prezident əlavə edib/Report.