XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 16:56

Azərbaycanda daha 4219 nəfər koronavirusa yoluxub, 38 nəfər vəfat edib –3562 nəfər isə sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, bu günə qədər isə ümumilikdə 1 902 584 test icra olunub”.