XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 15:36

“Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb, 4 283 nəfər sağalıb” –Operativ Qərargah

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.