XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 18:23

Rusiya MN-dən Hadrutdakı təxribat haqda açıqlama:"Vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”

Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb.

“Bütün təmas xətti üzrə atəşin dayandırılması rejimnəi riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, – nazirliyin xəbərində deyilir.

Nazirlik bildirib ki, Rusiyanın sülhməramlı kontingenti ilə vətəndaşların daimi yaşama yerlərinə təhlükəsiz qayıdışı təmin olunur, humanitar kömək göstərilir, mülki infrastruktur obyektləri bərpa edilir/Report.