XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 21:36

Paşinyan daha iki kəndin Azərbaycanın nəzarətinə keçdiyini etiraf etdi:"Türkiyə və Azərbaycanla əlaqələri düzəltməliyik"

Dekabrın 11-də Hadrut istiqamətində yaranan gərginlik zamanı iki kənd – Xtsaberd və Khin Taherin Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Strateq.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.

Paşinyan əlavə edib ki, Zəngilan və Qubadlı da bəzi kiçik ərazilərdə mübahisəli vəziyyət yaranıb: “Düzdür, həmin rayonların çox kiçik hissəsi bizim nəzarətimizdə qalıb. İndi orada yaşayanların təxliyyəsi, sərhədlərin müəyyən olunması kimi məsələlər açıq qalıb. Bunlar təcili həll olunmalıdır”.

O, uzun-uzadı çıxışında ölkədəki etirazlara da münasibət bildirib. Deyib ki, Hadrutdakı son gərginlikdən sonra müxalif liderlərinin bəziləri onunla əlaqə yaradıb: “Bu, yaxşıdır ki, gələcəkdə nə edəcəyimiz haqda ortaq qərarlar ala bilək”.

Paşinyan iclasda Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasının vacibliyinə də toxunub: “Hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq lazımdır”.