XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 16:45

Azərbaycanda son sutkada 3962 nəfər koronavurisa yoluxub –4188 nəfər sağalıb, 45 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 195422 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 131252 nəfər müalicə olunaraq sağalıb, 2133 nəfər vəfat edib, aktiv xəstə sayı .62037 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 15305, hazırkı dövrədək isə 2031308 test aparılıb.