XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 15:36

Azərbaycanda daha 3705 nəfər koronavirusa yoluxub, 42 nəfər vəfat edib –4210 nəfər isə sağalıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub”.