“Həftinin ikinci günündən ümumermənistan üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır”.
“Novosti Armeniya” xəbər verir kir, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.
O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb: “Dekabrın 22-də saat 12.00-da Respublika meydanınında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.
Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar/Report.