XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 17:15

Azərbaycanda son sutkada 1 505 nəfər koronavirusa yoluxub –3 028 nəfər sağalıb, , 43 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 203 593 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 9 383, hazırkı dövrədək isə 2 073 137 test aparılıb.