XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 13:51

Zakir Həsənov azad olunan ərazilərdə yerləşdirilən qoşunlarla bağlı komissiya yaradıb- RƏSMİ

Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: “Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb”.