Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 210 061 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Ölkədə son sutka ərzində 13 034, hazırkı dövrədək isə 2 115 991 test aparılıb.