XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 15:34

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib:"Mərkəzdəki türk hərbçilərinin sayı 60 nəfər olacaq"

Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

NTV xəbər verir ki, mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Məlumata görə, Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir.

Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib.

Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir/Report.