XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 20:28

Akar:"Bir general və 35 zabit Monitorinq Mərkəzində fəaliyyətə başlayacaq"

“Azərbaycan 30 il işğal altında olan torpaqlarını 44 gün ərzində işğaldan azad etdi”.

Bunu bu gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilin yekunlarına dair Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, ordu komandanları və nazir müavinlərinin iştirakı ilə videokonfrans formatında keçirilən toplantıda bildirib.

Türkiyənin müdafiə naziri deyib ki, noyabrın 9-da atəşkəslə əlaqədar imzalanan bəyanatdan sonra Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması barədə razılığa gəlinib: “Artıq hərbçilərimiz Azərbaycana gedib, hazır vəziyyətdədir. Bir general və 35 zabit Monitorinq Mərkəzinin inşasının başa çatmasından sonra dərhal fəaliyyətə başlayacaq”.

H. Akar onu da qeyd edib ki, bölgədə mina və digər partlayıcı maddələrin təmizlənməsi istiqamətində də türkiyəli hərbçilər fəaliyyətlərini davam etdirir: “Humanitar yardım fəaliyyətləri çərçivəsində azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verdik, dəstək verməyə də davam edəcəyik. Bundan sonra da Azərbaycanlı qardaşlarımızın haqlı, şərəfli mübarizələrində yanlarında olacağıq”/APA.