XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 19:26

Prezident onları “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif etdi –SİYAHI

Bu gün Prezident İlham Əliyev daha bir neçə nəfəri təltif edib.

Strateq.az xəbər verir ki, Prezidentin sərəncamı ilə səfir Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə  Mənsum İsrafil oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilib.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Nailə Məmmədəli qızı Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.