XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 15:31

Azərbaycanda daha 1064 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib –4127 nəfər isə sağalıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib:  “İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub”.