XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 17:04

Azərbaycanda daha 421 nəfər koronavirusa yoluxub, 33 nəfər vəfat edib – 3645 nəfər isə sağalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 33 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, bu günə qədər isə ümumilikdə 2 204 226 test icra olunub”.