XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2021 - 16:36

Prezident ali təhsil sistemi ilə bağlı fərman verdi –21 milyon manata yaxın vəsait ayrılacaq

Bu il “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

Bu, Prezident İlham Əliyevin 31 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, 2021-ci ildə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 20 milyon 533,6 min manat ayrılacaq/APA.