XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2021 - 19:58

Azərbaycanda son sutkada 334 nəfər koronavirusa yoluxub –1891 nəfər sağalıb, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.