XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 14:18

İşçi Qrupunun rəhbəri:“Azərbaycanda 5 erməni əsilli şəxs saxlanılır"

“Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tərdbirlər nətcisəində 12 hərbi qulluqçumuz və 2 mülki şəxs əsirlikdən azad edilib”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda 2 mülki şəxs erməni əsirliyində saxlanılır: “Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib”/Report.