XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 19:43

“Dərhal düşmənçiliyi və atəşi dayandırın!” –Avropa Birliyindən Qarabağla bağlı bəyanat

moqerni-avropa

Avropa Birliyi dərhal düşmənçiliyin dayandırılmasına və atəşkəs elan olunmasına çağırıb.

Bunu Avropa İttifaqının xarici işlər və siyasət təhlükəsizlik departamentinin ali nümayəndəsi Federika Moqerini bəyanatında qeyd edib.

"Təmas xətti boyunca şiddətli qarşıdurmalar məni narahat edir. Tərəflər iradə göstərməli və gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməlidir" – deyə, Moqerini itkilərə də məyus olduğunu qeyd edib.

Avropa Birliyi, ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: "Biz iki tərəfin qətiliklə atəşkəsə uymaq  hərbi qüvvələrin istifadə olunmaması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün addımlar atılacağını gözləyirik".

Musavat.com