XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 12:17

İcra hakimiyyətlərində yeni şöbə yaradıldı –Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı

Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.

Strateq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.

Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu”nda müvafiq dəyişiklik edilib.

Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.