XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 16:38

Azərbaycanda daha 685 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib –1931 nəfər sağalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildirilib ki, son sutkada 27 nəfər COVID-19-dan vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, bu günə qədər isə ümumilikdə 2 241 908 test icra olunub”.