XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 20:44

Ordumuz bu kənd və yüksəklikləri azad edib –Foto

Seysulan-6

Seysulan-7

Seysulan kəndi

 

Aprelin 2-nə keçən gecə və gün ərzində Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan ordusunun əks-həmləsi ilə erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. 

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. 

Strateq.az azad olunmuş Talış kəndi ətrafındakı yüksəkliklərin və Seysulan məntəqəsinin  xəritə üzərindən görüntüsünü təqdim edir:

Talish-kendi-6

Talish-kendi

Strateq.az