Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Ölkədə son sutka ərzində 8 383, hazırkı dövrədək isə 2 250 291 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 223417 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 205406 nəfər müalicə olunaraq sağalıb, 2869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir.