XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 17:12

Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib –1682 nəfər isə sağalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildirilib ki, son sutkada 21 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub”.