XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 16:11

Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib – 1593 nəfər isə sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb,  1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061  nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə  2 267 923 test aparılıb.