XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2021 - 23:11

Kamran Əliyev:“Prokurorluğun səlahiyyətləri genişləndirilməlidir”

Prokurorluğun səlahiyyətləri daha da artırılmalıdır.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev “Real” televiziyasına müsahibəsində deyib.

“Cəmiyyətin bəzi müdafiəyə ehtiyacı olan təbəqəsinin maraqları naminə məhkəmələrdə iddia qaldırmaq və digər prosessual addımlar atmaq səlahiyyətinə malik olmasından söhbət gedir. Bu cinayət təqibindən kənar fəaliyyət əsasən bunu əhatə edir. Söhbət inzibati icraatda prokurorluğun daha çox səlahiyyətinin artırılması və eyni zamanda cəmiyyətdə xüsusi müdafiəyə ehtiyacı olan şəxslər – azyaşlılar, yaşlı nəsildən gedir. Onların hüquqlarının müdafiəsi ilə bağlı prokurorluğun səlahiyyətinin genişləndirilməlidir”, – deyə K.Əliyev bildirib.