XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 09:36

Dövlət Departamenti:Trampın səlahiyyətləri başa çatıb

Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi saytında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın dövlət başçısı səlahiyyətlərinin başa çatdığı qeyd olunub.

“Donald Trampın səlahiyyət müddəti 11 yanvar 2021-ci il saat 19:48:42-də başa çatdı”, – xəbərdə qeyd edilir.

Ağ Evdə buna heç bir şərh verilməyib.

İstifadəçilər güman edirlər ki, xəbər haker hücumundan və ya saytın parolunun qırlmasından sonra yazılıb. Qeyd edək ki, bundan bir qədər sonra ABŞ Dövlət Departamentinin rəsmi saytına giriş mümkün olmayıb.

ABŞ-ın yeni prezidenti Co Baydenin inauqurasiyası yanvarın 20-də olacaq.