Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Ölkədə son sutka ərzində 7231…, hazırkı dövrədək isə 2 302 843 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 226549 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 213773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9973 nəfərdir.