XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 00:12

Rusiya MN-dən Qarabağla bağlı açıqlama:"Partlayış təhlükəsi olan 23530 obyekt zərərsizləşdirilib"

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqəsində həyata keçirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlıları noyabrın 23-dən Qarabağda 530 hektar ərazini, 201 kilometrdən çox yolu minalardan təmizləyib, 751 tikilini yoxlayıb və partlayış təhlükəsi olan 23 530 obyekt aşkar olunaraq zərərsizləşdirilib.

Nazirlik bölgədə hər hansı insidentin baş verməsi barədə məlumat açıqlamayıb/Report.