XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 19:03

“Lotu Quli”nin məzarının başında atışma olub, 1 nəfər ölüb –Saxlanılanlar var

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

Türkiyə mediasının verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir.

O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb/APA.