ABŞ-da yeni seçilmiş prezidenti Co Bayden and içərək, səlahiyyətlərinin icrasına başlayıb.
Strateq.az xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti vitse-prezident kimi tarixə düşən Kamala Harrisdən 15 dəqiqə sonra kürsüyə qalxaraq, and içib.
Xatırladaq ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.