XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 17:40

Nazir Vilayət Eyvazov və nazir müavinləri şəhid hərbçi ilə vida mərasimində –FOTO

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbi qulluqçusu bu gün şəhid olub.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Allah rəhmət eləsin!