Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.
Məlumata görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində həlak olub.
Müdafiə Nazirliyi “Report”a faktı təsdiqləyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Allah rəhmət eləsin!