XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 15:01

Azərbaycanda son sutkada 568 nəfər koronavirusdan sağalıb:287 nəfər yoluxub, 10 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə   228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.