XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 16:22

Azərbaycanda son sutkada 226 nəfər koronavirusa yoluxub –601 nəfər sağalıb, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 7 458, hazırkı dövrədək isə 2 380 074 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 229 584 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.