XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2021 - 00:12

AZƏRBAYCANDA KARANTİN REJİMİ NÖVBƏTİ DƏFƏ YUMŞALDILIR:restoran, kafe və çay evləri açılır, orta məktəblərdə əyani tədris bərpa olunur

Bu gündən restoran, kafe və çayxanaların fəaliyyəti bərpa olunub.

Strateq.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.

Qeydə olunan iaşə müəssisləri bu gündən şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.

Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Həmçinin,bu gündən həm də ümumi təhsil müəssisələrində əyani tədris bərpa olunur.

1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. 

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. 

Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

Qeyd edək ki, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Ötən ilin 2 noyabr tarixindən isə tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.