XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 17:49

Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –201 nəfər isə sağalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub”.