XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 17:59

Hikmət Hacıyev:“Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”

“İşğaldan azad edilmiş ərazilərimiz tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə hamısı dağıdılıb”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

Onun sözlərinə görə, dünyanın hər hansı başqa bir münaqişə zonasında qəbiristanlıqların dağıdılmasına, məhv edilməsinə nadir hallarda rast gəlinir: “Azərbaycanlılara məxsus qəbirlər, qəbir daşları və qəbirin içərisindəki sümüklər belə dağıdılıb, məhv edilib. Görün ermənilər necə vandalizm törədiblər?! Biz Cəbrayılda bunun bir daha şahidi olduq”/Report.