Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.
Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.
***
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
Məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib/Report.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.