XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 23:42

Rüstəm Muradov:"Bu gün Bakıya bir, Yerevana 5 əsir qaytarılıb"

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

“Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlıları tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb”, – Muradov jurnalistlərə deyib/Report.