XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 15:25

Si Cinpin:“ABŞ-Çin qarşıdurması dünya üçün fəlakət ola bilər”

“ABŞ-Çin qarşıdurması həm hər iki ölkə, həm də dünya üçün fəlakət ola bilər”.

“Guardian”ın verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

“Qarşıdurma mütləq bir fəlakət ola bilər, əməkdaşlıq isə hər iki ölkəyə və dünyaya böyük işlər görməkdə kömək edə bilər”, – deyə Si Cinpin bildirib.

Çin lideri səhv mühakimələrdən qaçmaq üçün dialoq vasitələrini möhkəmləndirməklə bağlı çağırış edib.

Si Cinpin Çinin Tayvanla bağlı siyasətini suverenlik məsələsi kimi qiymətləndirib/APA.