Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qış təlimi-2021”i izləmək üçün Qarsa gedib/Report.