XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2021 - 15:29

Səhiyyə Nazirliyi:“Mutasiya prosesi hələ davam edəcək"

“Koronavirus mutasiya edir və bunlar çoxsaylıdır”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, mutasiyalar baş verərkən virusun xüsusiyyətləri dəyişə bilər: “Mutasiya prosesi hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb. Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupu deyil. Amma əvvəlki qaydalara əməl olunmalıdır”. 

T. Eyvazov uşaqların spirtdən çox istifadəsinə də aydınlıq gətirib: “Uşaqların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır. Gigiyenik qaydalara görə 5 yaşına qədər uşaq sabunlardan istifadə edilməlidir”/APA.