XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 16:30

Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşüb:“Allah türk ordusunu qorusun!” - VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyiblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Quru Qoşunlarının Komandanı Ümit Dündar, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı Adnan Özbal və Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı Hasan Küçükakyüz da təlimlərin gedişini izləyiblər.

İlk olaraq komanda məntəqəsinə baş çəkən H. Akar və Z. Həsənova təlimin gedişi barədə məlumat verilib.

Bundan sonra müdafiə nazirləri yeni nəsil konteynerlərə baxış keçiriblər.

Burada səhra mətbəxinə də baş çəkən müdafiə nazirləri Türkiyə istehsalı olan zirehli ambulansa, habelə sərt soyuqlardan qorunmaq üçün yaradılan təsisatlara baxış keçiriblər.

Daha sonra müdafiə nazirləri havada icra edilən manevrləri izləyiblər.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir/APA.