XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 18:56

Rəsmi Moskvadan Qarabağla bağlı mühüm açıqlamalar:"Həm məcburi köçkünlərin, həm hərbi əsirlərin..."

Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib.

M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv gedir.

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb/APA.

Zaxarova hərbi əsirlərin qaytarılması ilə bağlı həm Azərbaycan, həm də Ermənistanla iş aparıldığını da deyib.

Onun sözlərinə görə, eyni zamanda, regiondakı Rusiya sülhməramlılarının xətti ilə də hərbi əsirlərin qaytarılması istiqamətində iş aparılır: “Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”.

Rusiya XİN rəsmisi erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir:

“Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz”.