XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Fevral 2021 - 15:40

Azərbaycanda son sutkada 169 nəfər COVID-19-dan sağalıb- 155 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub”.