XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 14:43

Prezident İlham Əliyev yaralı əsgərlərə baş çəkdi –FOTO

ilham-elliyev-yarali-esger

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Strateq.az xəbər verir ki, Prezident cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb.

Müdafiə naziri Zakir Həsənov Prezidentə məruzə edib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib:

"Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər".

Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə də görüşüb.