XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2021 - 16:35

Ərdoğandan Qərbə və terrorçulara xəbərdarlıq:"Hansı hinə girirlərsə girsinlər, orada tapıb gəbərdəcəyik"

“Alçaq bir terror təşkilatı ilə mübarizə aparırıq. Son hadisə Türkiyənin PKK ilə mübarizə üçün İraqın şimalında və Suriyada apardığı əməliyyatların nə qədərə önəmli olduğunu bir daha sübut etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK-ya PKK-a, terrora terror, qətliama qətliam deyə bilməyən, beyinlərindəki alçaq oyunları, qurduqları xain tələləri, çevirdikləri fırıldaqları gizləməyə çalışanların planları ortaya çıxdı. Şəhidlərimizin acısı ürəyimizi ağrıdarkən mübarizə əzmimiz də artıb. Hansı hinə girərlərsə girsinlər, girdikləri hinlərdə onları tapacaq və orada gəbərdəcəyik. Şəhidlərimiz var, amma biz bilirik ki, bu yoxa çıxmaq deyil. Biz bilirik ki, Allah yolunda öldürülənlərə ölü deyilmir, onlar diridirlər, ancaq alçaqlar bunu dərk edə bilməz”, – o bildirib/Report.

Ərdoğan daha sonra Avropaya səslənib: “Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi. 15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik. Durmaq yoxdur, yola davam. Bunu belə bilin! Yaşadığımız acılar millət olaraq bizi bir-birimizə daha da yaxınlaşdırır. Qara hadisəsi millətimizi və dövlətimizi qorumaq üçün sərhədlərimizin qarşı tərəfində təhlükəsiz bölgəsi yaratmaq qərarımızı daha da gücləndirdi. Qara önəmli və problemli bölgə idi. Qara terrorçularda təmizlənməsi işin bitməsi deməkdir”.