XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2021 - 20:30

Əfv Komissiyasının iclası keçirilib:"100-dən çox müraciətə baxılıb"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclas çox məhsurdar keçib: “İclası komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclada ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunurdu. Müzakirələr aparıldı. Güman ki, bir neçə dəfə iclaslarımız olacaq. Təxminən bu gün 100 artıq müraciətə baxıldı. Komissiya ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracaq”/APA.

***

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Strateq.az APA-ya istinadla xəbər verir ki, iclas videoformatda qruplar halında baş tutub.

İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.